İspaniyanın Baş naziri Pedro Sançes Madridin Kiyevə 2 milyard avrodan çox müxtəlif yardım ayırdığını açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə Baş nazir mətbuat konfransında bildirib.
"Biz Ukraynaya hərbi yardım da daxil olmaqla, hər cür yardım şəklində 2 milyard avrodan çox vəsait ayırmışıq"- Baş nazir qeyd edib.
Qeyd edək ki, noyabr ayında Madriddə Volodimir Zelenski ilə görüşdən sonra Sançes Kiyevə 615 milyon avro dəyərində yeni hərbi yardım paketi vəd etmişdi.