Menyu

Rusiyanın 40 tankeri "qara siyahı"ya salınıb

Operativ Media
Rusiyanın 40 tankeri "qara siyahı"ya salınıb

Avropa Birliyi Rusiya neftini daşıdığı iddia edilən 40 tankeri "qara siyahı"ya salıb.

Operativ Media xəbər verir ki, bu barədə Aİ xarici işlər naziri Kaya Kallas mətbuat konfransında bildirib.

Kallas həmçinin bildirib ki, Aİ artıq böyük məhdudiyyət paketlərinin qəbul edilməsini gözləmədən tankerlərə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Qeyd edək ki, 23 oktyabrda Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini qəbul edib.

Bura Rusiyanın qaz sektoru və rus diplomatları daxil edilib.

Avropa şirkətlərinə Rusiyaya turlar təşkil etmək, ruslara kriptovalyuta əməliyyatları aparmaq qadağan edilib.

Əlaqəli Xəbərlər