Tailand-Kamboca sərhədində baş verən toqquşmalar səbəbindən məktəblər bağlanıb
Şəfa Hüseynli
Kamboca və Tailandın bəzi yerlərində məktəblər bağlanıb.
Operativ Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Toqquşmada ölənlərin sayı 40 nəfərə çatıb və yüz minlərlə insan evindən didərgin düşüb.
Kamboca Təhsil Nazirliyi bildirib ki, sərhəddəki döyüşlər altı əyalətdə 1039 məktəbin bağlanmasına səbəb olub və 9797 müəllim və 242881 şagirdin təhsili dayandırılıb.