Menyu

ABŞ Böyük Britaniya ilə texnologiya müqaviləsini dayandırıb

Şəfa Hüseynli
ABŞ Böyük Britaniya ilə texnologiya müqaviləsini dayandırıb

Vaşinqtonda Londonla ticarət danışıqlarının gedişatından artan narazılıq fonunda ABŞ Birləşmiş Krallıqla texnologiya sazişinin icrasını dayandırıb.

Operativ Media xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Sentyabr ayında imzalanan "texnologiya çiçəklənməsi" müqaviləsi iki ölkə arasında süni intellekt, kvant hesablamaları və nüvə enerjisi sahələrində əməkdaşlığı təşviq etməyi hədəfləyirdi. 

Britaniya rəsmiləri ABŞ-nin keçən həftə müqaviləni dayandırdığını təsdiqləyiblər. 

Nəşr qeyd edib ki,  Vaşinqton uzun müddətdir ki, Londonun qida və kənd təsərrüfatı məhsulları ilə bağlı Amerika standartlarını tanımasını istəyir.

Əlaqəli Xəbərlər