Moskvada məktəblərdən birində şagird bir neçə nəfəri bıçaqlayıb- YENİLƏNİB
Şəfa Hüseynli
Moskva vilayətində məktəblinin bıçaqla hücumu nəticəsində 10 yaşlı uşaq həlak olub.
Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, uşaqla yanaşı mühafizəçi də yaralanıb.
Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum edən 15 yaşlı oğlan saxlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun "dağıdıcı gənclər" hərəkatının tərəfdarı olduğunu qeyd ediblər.
***
12:05
Rusiyanın Odintsovo rayonundakı məktəbdə şagird bir neçə nəfəri bıçaqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə Qorki-2 kəndindəki ümumtəhsil məktəbində baş verib. Uşaqlar məktəbdən təxliyə olunub.
Hazırda yaralananların sayı dəqiqləşdirilir.