Vuçiç: Serbiyada növbədənkənar parlament seçkiləri 2026-cı ilin sonunda keçiriləcək
Şəfa Hüseynli
Serbiya Milli Assambleyasına (birpalatalı parlament) erkən seçkilər 2026-cı ilin sonlarında keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç bildirib.
"Beş-altı ay ərzində bir sıra bələdiyyələrdə seçkilər keçiriləcək və mən gələn ilin sonunda erkən parlament seçkilərinin keçirilməsini gözləyirəm", - deyə Vuçiç xalqa müraciətində bildirib.
Serbiya prezidenti həmçinin tərəfdarlarına parlament binasının yaxınlığındakı çadır düşərgəsini sökməyə çağıracağını qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma