Menyu

Britaniyada "Liverpul" azarkeşlərinə hücum edən şəxs 21 il həbs cəzasına məhkum edilib

Əziz Əzizli
Britaniyada "Liverpul" azarkeşlərinə hücum edən şəxs 21 il həbs cəzasına məhkum edilib

Liverpul Tac Məhkəməsi keçmiş Britaniya əsgəri Pol Doylu çempionat paradı zamanı "Liverpul" FK azarkeşlərinin izdihamına maşın sürdüyünə görə 21 il altı ay müddətinə azadlıqdan məhrum edib.

Operativ Media xəbər verir ki, hakim Endryu Menari hökmü elan edib.

Mayın 26-sı axşamı Liverpulun mərkəzində "Ford Galaxy Titanium" markalı avtomobil yerli futbol klubunun 20-ci İngiltərə Premyer Liqası titulunu qeyd etmək üçün keçirilən çempionluq paradında iştirak edən insanların üzərinə sürüb. Maşını idarə edən Doyl hadisə yerində həbs edilib.

Əlaqəli Xəbərlər