Menyu

Ermənistanda məcburi hərbi xidmət müddəti azaldıldı

Əziz Əzizli
Ermənistanda məcburi hərbi xidmət müddəti azaldıldı

Ermənistan Respublikasının Milli Məclisi məcburi hərbi xidmət müddətinin 6 ay azaldılması ilə bağlı qanun layihəsini ikinci oxunuşda və tam şəkildə qəbul edib.

Operativ Media-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini Milli Məclisin iclasında Ermənistan Respublikasının müdafiə naziri Suren Papikyan təqdim edib.

Beləliklə, 2026-cı il yanvarın 1-dən etibarən məcburi hərbi xidmət müddəti 2 ildən (24 ay) 1 il 6 aya (18 ay) endiriləcək.

Xidmət müddətinin azaldılması 1 yanvar 2026-cı il tarixindən əvvəl məcburi hərbi xidmətdə olan vətəndaşlara şamil edilməyəcək.

Qanun layihəsi 65 lehinə, 4 əleyhinə və 20 bitərəf səs ilə qəbul edilib.

Əlaqəli Xəbərlər