Ukraynanın Yanukoviçi 15 il müddətinə azadlıqdan məhrum etmək qərarı qüvvəyə minib
Kiyev məhkəməsi Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçi "dövlət sərhədindən qanunsuz şəxslərin keçirilməsini təşkil etmək və fərariliyə təhrik etmək" ittihamı ilə qiyabi olaraq 15 il müddətinə həbs cəzasına məhkum edib.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat verib.
Ofisin Telegram kanalında yayılan məlumata görə, Kiyev Apelyasiya Məhkəməsi müdafiə tərəfinin apelyasiya şikayətlərini rədd edib. Yanukoviçə qarşı hökm Kiyevin Podolski Rayon Məhkəməsi tərəfindən 28 apreldə çıxarılıb. Apelyasiya məhkəməsi qərarı qüvvədə saxlayıb və hökm qüvvəyə minib.
Eyni iş üzrə məhkəmə Ukrayna Dövlət Qvardiyasının keçmiş rəis müavini və Prezident Təhlükəsizlik Xidmətinin rəhbəri Konstantin Kobzarı qiyabi olaraq 10 il həbs cəzasına məhkum edib. Baş Prokurorluq qeyd edib ki, Kobzarın hökmü də qüvvəyə minib.