Ukrayna və daha 34 ölkə kompensasiya orqanı yaratmaq planlarını təsdiqləyib
Ukrayna və digər 34 ölkə çərşənbə axşamı Ukraynaya Rusiya işğalı nəticəsində dəyən ziyanın əvəzini ödəmək məqsədilə xüsusi kompensasiyalar orqanı yaratmaq planlarını rəsmi şəkildə təsdiqləyiblər. Lakin hələ də vəsaitin haradan gələcəyi sual altındadır.
Operativ Media bu barədə "Associated Press"ə istinadən xəbər verir.
Zelenski Haaqa şəhərində keçirilən liderlərin görüşündə bildirib ki, o, beynəlxalq güclü dəstəyə ümid edir ki, “müharibə nəticəsində dəyən hər hansı zərər tamamilə kompensasiya oluna bilsin”.
Avropa Şurası Beynəlxalq Tələblər Komissiyasını dəstəkləyib. Bu komissiya ukraynalılara 2022-ci ilin fevralından etibarən Rusiyanın genişmiqyaslı işğalı nəticəsində dəyən “zərər, itki və ya zədələr” üçün kompensasiya tələb etməyə imkan verəcək.
Avropa Şurası bildirir ki, Rusiya öz borclarını ödəməlidir, lakin Moskvaya məcburiyyət tətbiq edəcək konkret mexanizm mövcud deyil. Təkliflərdən biri Rusiyanın Avropada saxlanılan milyardlarla dollar dəyərində dondurulmuş aktivlərinin bir hissəsinin istifadə olunmasıdır.
Bazar ertəsi Zelenski Berlində keçirilən sülh danışıqlarında ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof, Trampın kürəkəni Cared Kuşner və Almaniya Kansleri Fridrix Mertz ilə iştirak edib. Zelenski NATO-ya üzvlük təklifini Qərbin təhlükəsizlik zəmanətləri müqabilində rədd etməyə hazır olduğunu bildirib, lakin ABŞ-nin Rusiyaya ərazi vermə çağırışlarını rədd edib.