Menyu

ABŞ Böyük Britaniya ilə 41,6 milyard dollarlıq ticarət müqaviləsini dayandırdı

Əziz Əzizli
ABŞ Böyük Britaniya ilə 41,6 milyard dollarlıq ticarət müqaviləsini dayandırdı

ABŞ ticarət güzəştləri ilə bağlı yaranmış mübahisələr səbəbindən Böyük Britaniya ilə dəyəri 41,6 milyard dollar olan ticarət sazişini dayandırıb.

Operativ Media BBC-yə istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Böyük Britaniyaya dövlət səfəri zamanı “tarixi” adlandırılan bu razılaşma müxtəlif texnologiya sahələrində əməkdaşlığı nəzərdə tuturdu.

Lakin ABŞ Britaniyanın internet təhlükəsizliyi qaydaları, rəqəmsal xidmətlər vergisi və qida təhlükəsizliyi ilə bağlı məhdudiyyətləri səbəbindən sazişi dayandırmaq qərarı verib.

Bundan əlavə, Britaniya poladına tətbiq olunan tariflərin aradan qaldırılması ilə bağlı razılaşma da qeyri-müəyyən müddətə təxirə salınıb. Britaniyalı rəsmi bildirib ki, mövcud çıxılmaz vəziyyət Vaşinqton və Londonun ticarət sazişləri üzrə danışıqlarda fərqli strategiyalar yürütməsini əks etdirir və bu da texnologiya tərəfdaşlığının inkişafını çətinləşdirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər