Avstraliya Sidneydəki terror aktından sonra etiraz qanunlarını sərtləşdirəcək
Şəfa Hüseynli
Avstraliyada olan Yeni Cənubi Uels Baş naziri Kris Minns vətəndaşların etiraz hüquqlarını tənzimləyən qanunlarda qarşıdan gələn dəyişiklikləri açıqlayıb.
Operativ Media xəbər verir ki, o, bu barədə Sidneydə jurnalistlərə açıqlamasında bildirib.
Minnsin sözlərinə görə, ştat hakimiyyəti bölgədə təhlükəli vəziyyətin qarşısını almaq üçün etiraz qanunlarını sərtləşdirmək niyyətindədir.
Baş nazir qarşıdan gələn qanunvericilik dəyişikliklərinin heç bir müəyyən vətəndaş qruplarına təsir etməyəcəyini vurğulayıb.