Menyu

“Air Astana” təyyarəsi qəza siqnalı verib

Şəfa Hüseynli
“Air Astana” təyyarəsi qəza siqnalı verib

"Air Astana"  aviaşirkətinə məxsus  "Airbus A321N EI-KDG"  təyyarə bu gün  Almatı–Astana marşrutu üzrə uçuş həyata keçirərkən qəza siqnalı verib. 

Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Məlumata görə, təyyarənin salonunda tüstülənmə aşkar edildiyinə görə MAYDAY qəza siqnalı elan edib.

İlkin məlumata görə, sərnişinlər və heyət üzvləri arasında xəsarət alan yoxdur. Təyyarə təhlükəsiz şəkildə eniş edə bilib.

Təhlükəsizliyi təmin etmək üçün Almatı Hava Limanının Yanğından Mühafizə və Xilasetmə Xidməti əraziyə cəlb edilib.

Hazırda Nəqliyyatda Qəza və Hadisələrin Araşdırılması Departamentinin əməkdaşları hadisəni araşdırırlar.

Əlaqəli Xəbərlər