Menyu

Yaponiya 2026-cı ildə müdafiəyə rekord məbləğdə vəsait ayırmağı planlaşdırır

Şəfa Hüseynli
Yaponiya 2026-cı ildə müdafiəyə rekord məbləğdə vəsait ayırmağı planlaşdırır

Yaponiya 2026-cı maliyyə ilində (1 aprel 2026-cı ildən başlayaraq) silahlı qüvvələrə rekord məbləğdə 58 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır.

Operariv Media xəbər verir ki, bu barədə "NHK" məlumat yayıb.

Bu vəsait, xüsusən də uzaqmənzilli raketlər və pilotsuz təyyarələrdən müdafiə sisteminin inkişafı üçün istifadə olunacaq. 

Maliyyələşdirmənin əhəmiyyətli bir hissəsi 1000 km-dən çox mənzilli Type-12 raketlərinin və yerli istehsal olan hipersəsli sürüşmə vasitələrinin alınmasına, eləcə də Böyük Britaniya və İtaliya ilə tərəfdaşlıq çərçivəsində altıncı nəsil döyüş təyyarəsinin hazırlanmasına ayrılacaq.

Həmçinin, Yaponiyanın son dərəcə uzun sahil xəttinin pilotsuz uçuş aparatlarından istifadə etməklə müdafiəsi üçün SHIELD sisteminin yaradılmasına vəsait ayrılması gözlənilir. Ölkənin hava məkanının qorunması üçün dronların da istifadəsi planlaşdırılır.

Əlaqəli Xəbərlər