Tramp daha yeddi ölkənin vətəndaşlarının ABŞ-yə girişinə tamamilə qadağa qoyub
ABŞ Prezidenti Donald Tramp daha yeddi ölkənin vətəndaşları üçün 1 yanvar 2026-cı il tarixindən etibarən ABŞ-yə giriş qadağasını tətbiq edib.
Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin saytında dərc olunmuş bəyanatda deyilir.
Tramp Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşları üçün giriş qadağasını qüvvədə saxlayıb. Burkina-Faso, Mali, Niger, Cənubi Sudan və Suriya vətəndaşlarına da giriş qadağası qoyulub.
Sərəncamda həmçinin "Fələstin Muxtariyyətinin sənədləri ilə səyahət edən şəxslər" üçün ABŞ-yə giriş qadağan edilib və məhdudlaşdırılıb. Əvvəllər qismən məhdudiyyətlərə məruz qalan Laos və Syerra-Leone vətəndaşlarına da giriş qadağası qoyulub.
Qismən giriş məhdudiyyətləri Anqola, Antiqua və Barbuda, Benin, Dominikan, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa Krallığı, Zambiya və Zimbabveyə şamil edilir. Lakin, məhdudiyyətlər Türkmənistan üçün qismən yumşaldılıb və ABŞ artıq bu ölkənin vətəndaşlarının qeyri-immiqrasiya vizaları ilə ölkəyə girişinə icazə verib.
Bəyanata görə, məhdudiyyətlər 1 yanvar 2026-cı il tarixindən qüvvəyə minəcək.