Menyu

Arktikada temperatur rekord həddə çatıb

Operativ Media
Arktikada temperatur rekord həddə çatıb

Arktikada hava temperaturu 1900-cü ildən bəri aparılan bütün müşahidələr tarixində 2024-cü ilin oktyabrından 2025-ci ilin sentyabrınadək olan dövr ərzində rekord həddə çatıb.

Operativ Media xəbər verir ki, bu barədə Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) hesabatında bildirilir.

Alimlər müəyyən ediblər ki, hava və su temperaturunun yüksəlməsi buzlaqların intensiv əriməsinə səbəb olur və bu proses Arktika landşaftında ciddi dəyişikliklər yaradır. Dəniz səviyyəsinin qalxması sürüşmə və sunami risklərini artırır.

Bundan əlavə, buzlaqlardan ayrılan dəmir və digər elementlər Arktika sularının çirklənməsinə səbəb olur. Bu baxımdan, Çukçi və Berinq dənizlərində yaşayan bəzi fauna növləri təhlükə altına düşə bilər.

NOAA-nın hesabatında, həmçinin son onilliyin Arktika üçün elmi müşahidələr tarixində ən isti dövr olduğu qeyd olunur.

Əlaqəli Xəbərlər