Menyu

İran–Rusiya strateji tərəfdaşlığı çərçivəsində yeni sənəd imzalanıb

Operativ Media
İran–Rusiya strateji tərəfdaşlığı çərçivəsində yeni sənəd imzalanıb

İran və Rusiyanın xarici işlər nazirləri Abbas Əraqçi və Sergey Lavrov dekabrın 17-də Moskvada keçirilən danışıqlardan sonra əməkdaşlıq sənədi imzalayıblar.

Operativ Media xəbər verir ki, İran–Rusiya Hərtərəfli Strateji Sazişinin icrasından sonra hazırlanan sənəddə iki ölkənin xarici işlər nazirlikləri arasında 2026–2028-ci illər üçün məsləhətləşmələr proqramı əks olunub.

Əməkdaşlıq sənədinin imzalanmasından sonra keçirilən birgə mətbuat konfransında Abbas Əraqçi bildirib ki, bu gün ikitərəfli, regional və beynəlxalq məsələlər də daxil olmaqla, bütün sahələr üzrə çox sıx və ətraflı danışıqlar aparılıb.

Onun sözlərinə görə, İran və Rusiya arasında iqtisadi əlaqələr əhəmiyyətli dərəcədə genişlənib. Enerji, nəqliyyat və tranzit sahələrində əməkdaşlıq, xüsusilə Şimal–Cənub Nəqliyyat Dəhlizi və onun Rəşt–Astara hissəsi üzrə strateji layihə çərçivəsində inkişaf edir.

Araqçi əlavə edib ki, ikitərəfli ticarət dövriyyəsi də artır və onun daha da inkişaf etdirilməsi üçün yeni istiqamətlər müəyyənləşdirilir. O bildirib ki, fevral ayında 17 ixtisaslaşmış işçi qrupunun iştirakı ilə İran–Rusiya Birgə İqtisadi Komissiyasının iclası keçiriləcək.

Əlaqəli Xəbərlər