Menyu

İsrail ordusu Suriyanın bir neçə kəndə yenidən daxil olub

Operativ Media
İsrail ordusu Suriyanın bir neçə kəndə yenidən daxil olub

İsrail ordusu Suriyanın Əl-Kunaytra vilayətinin kənd təsərrüfatı bölgəsində yerləşən bir neçə kəndə yenidən daxil olub.

Operativ Media xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.

İsrail hərbçilərinin dörd nəqliyyat vasitəsindən ibarət korteji dağıdılmış Əl-Kunaytra şəhərinə daxil olub.

Sonra onlar "Əlam dairəsi"ndə müvəqqəti nəzarət-buraxılış məntəqəsi quraraq Şərqi Samdaniya kəndinə doğru hərəkət ediblər və vilayətin şimalındakı Tal-Krum-Caba bölgəsinə çatıb.

Agentliyin məlumatına görə, bundan əvvəl də İsrail qüvvələri vilayətin cənubundakı bir sıra kənd və şəhərlərə daxil olublar.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər