Menyu

ABŞ Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib

Şəfa Hüseynli
ABŞ Tayvana 11,1 milyard dollarlıq silah satışını təsdiqləyib

ABŞ hökuməti Tayvana ümumi dəyəri 11,1 milyard dollar olan HIMARS raket sistemləri, tank əleyhinə raketlər və dronlar da daxil olmaqla bir neçə silah paketinin satışına razılıq verib.

Operativ Media xəbər verir ki, bu barədə "Focus Taiwan" məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidenti Donald Trampın Ağ Evə qayıtmasından bəri administrasiyasının Tayvana silah satışı ilə bağlı artıq ikinci açıqlamasıdır.

Trampın  sözlərinə görə, səkkiz silah paketindən ibarət siyahıya M109A7 haubitsaları, HIMARS raket sistemləri, TOW 2B tank əleyhinə raket sistemləri, pilotsuz uçuş aparatları və FGM-148 Javelin tank əleyhinə sistemləri daxildir.

Əlaqəli Xəbərlər