ABŞ Konqresi Venesuelaya qarşı hərbi əməliyyatları məhdudlaşdıran qətnaməni rədd edib
Şəfa Hüseynli
ABŞ Konqresinin Nümayəndələr Palatası Venesuelaya qarşı potensial hərbi əməliyyatlara nəzarət edəcək qətnaməni cəmi iki səs fərqi ilə rədd edib.
Operativ Media xəbər verir ki, bu barədə ''The New York Times" məlumat yayıb.
Donald Trampın Venesuela ilə münaqişəni gərginləşdirmək səlahiyyətlərini məhdudlaşdırmağı hədəfləyib.
Qətnaməyə qarşı çıxanlar, əsasən respublikaçılar, bunun prezidentin milli maraqları qorumaq və regiondan narkotik qaçaqmalçılığına qarşı mübarizə aparmaq qabiliyyətinə xələl gətirəcəyini iddia ediblər. Venesuela regionda ABŞ-nin ən ciddi təhlükə hesab etdiyi narkotrafik marşrutlarından biri olaraq qalır.
Həmçinin, Karib dənizində və Sakit okeanda Konqresin icazəsi olmadan gəmilərə zərbələrin dayandırılmasını tələb edən ikinci qətnamə də rədd edilib.