Menyu

Ankara 2026-cı il üçün Türk Dünyasının Turizm Paytaxtı elan edilib

Şəfa Hüseynli
Ankara 2026-cı il üçün Türk Dünyasının Turizm Paytaxtı elan edilib

Qırğızıstanın Manas şəhərində Türk dünyasının turizm paytaxtı statusunun Manasdan Ankaraya verilməsi ilə bağlı mərasim keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan KİV məlumat yayıb.

Mərasimdə iki qardaş xalq arasında tarixi dostluğu, mədəni və mənəvi əlaqələri tərənnüm edən teatr tamaşası nümayiş etdirilib. Qırğız və türk bəstəkarlarının musiqi əsərləri də ifa olunub.

Tədbir Türk dünyasının turizm paytaxtı statusunun rəsmi olaraq təhvil verilməsi ilə başa çatıb.

Xatırladaq ki, Qırğızıstan Prezidenti Sadır Japarovun təşəbbüsü və Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə Manas şəhəri 2025-ci il üçün Türk dünyasının turizm paytaxtı elan edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər