Donald Tramp: ABŞ ordusu dünyanın ən güclü hərbi qüvvəsidir
ABŞ Prezidenti Donald Tramp ABŞ ordusunun dünyanın ən güclü ordusu olduğunu və bunun danılmaz olduğunu bəyan edib.
Operativ Media xəbər verir ki, Amerika lideri bu haqda Ağ Evdən həmvətənlərinə ünvanladığı müraciətdə bildirib.
“Hazırda dünyanın ən güclü ordu qüvvələrinə sahibik və bu, danılmazdır. Mən Amerika gücünü bərpa etdim, 10 ay ərzində səkkiz müharibəni həll etdim, Qəzza müharibəsinə son qoydum, 3 000 ildən sonra ilk dəfə Yaxın Şərqə sülh gətirdim, həm diri, həm də həlak olmuş girovların azad edilməsini təmin etdim”, - deyə o, qeyd edib.
Tramp həmçinin ABŞ-ın təsis olunması şərəfinə Milad bayramınadək 1,45 milyon ABŞ hərbçisinə 1 776 dollar məbləğində “hərbi bonus” veriləcəyini açıqlayıb. Ağ Evin aparat rəhbəri qeyd edib ki, 2025-ci ildə ABŞ ordusuna cəlb olunan əsgərlərin sayı rekord həddə çatıb. Halbuki ötən il bu göstərici “tarixin ən pis illərindən biri” kimi qiymətləndirilirdi.