Ermənistan və Yunanıstan 2026-cı il üçün müdafiə əməkdaşlığı proqramı imzalayıb
Operativ Media
Dekabrın 18-də Ermənistan–Yunanıstan ikitərəfli müdafiə məsləhətləşmələrinin növbəti mərhələsi keçirilib.
Operativ Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, məsləhətləşmələrə Ermənistan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Levon Ayvazyan və Yunanıstan Milli Müdafiə Baş Qərargahının Beynəlxalq Əlaqələr İdarəsinin direktoru, briqada generalı Xristos Spiropulos sədrlik ediblər.
Məsləhətləşmələrin sonunda Ermənistan və Yunanıstanda keçiriləcək bir neçə onlarla tədbiri əhatə edən 2026-cı il üçün Ermənistan–Yunanıstan ikitərəfli müdafiə əməkdaşlığı proqramı imzalanıb.