Tramp Venesuelaya hücum etmək üçün Konqresin təsdiqinə ehtiyacı olmadığını bildirib
Əziz Əzizli
ABŞ prezidenti Donald Tramp bildirib ki, onun administrasiyası narkotik kartelləri ilə əlaqəli olduğu iddia edilən Venesuelada yerüstü hədəflərə mümkün zərbələr üçün Konqresin təsdiqini almağa məcbur deyil.
Operativ Media xəbər verir ki, Tramp müxbirin ABŞ Konqresinin üzvlərindən belə bir icazə alıb-almayacağı ilə bağlı sualına cavab olaraq bildirib:
"Onlara deməyə etiraz etməzdim. Lakin buna məcbur deyiləm. Bu, sübut olunub".
O əlavə edib: "Bunu etməkdə heç bir problemim yoxdur," – deyə prezident belə bir icazə tələb etmək ehtimalı barədə danışarkən vurğulayıb.