Menyu

ABŞ İran neftini daşıyan 29 gəmi və şirkətə sanksiya tətbiq edib

Operativ Media
ABŞ İran neftini daşıyan 29 gəmi və şirkətə sanksiya tətbiq edib

ABŞ hakimiyyəti, İran nefti və neft məhsullarının daşınması və satışı ilə əlaqəli olan 29 gəmiyə və bir sıra şirkətlərə məhdudiyyətlər tətbiq edib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilib.

Açıqlamada həmçinin bildirilib ki, nazirlik yüz milyonlarla dollar dəyərində İran neft məhsullarını daşıyan 29 "kölgə donanması" gəmisinə və onları idarə edən şirkətlərə məhdudiyyətlər tətbiq edib.

Bu şirkətlər Misir, Hindistan, Panama və Marşal adalarında fəaliyyət göstərir və ya yerləşir.

Qeyd edək ki, ABŞ artıq İran nefti və neft məhsullarının daşınması ilə məşğul olan 180-dən çox gəmiyə sanksiyalar tətbiq edib.

Əlaqəli Xəbərlər