Menyu

Zelenski: Ukrayna və ABŞ hələ də Donbas məsələsini həll etməyiblər

Əziz Əzizli
Zelenski: Ukrayna və ABŞ hələ də Donbas məsələsini həll etməyiblər

Ukrayna və ABŞ Donbas məsələsində güzəştə getməyə çalışırlar.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlama verib.

Zelenskinin sözlərinə görə, hazırda sülh planının razılaşdırılmış variantı mövcud deyil. “Düşünürəm ki, bütün sənədlər yekunlaşdırıldıqdan sonra [ABŞ Prezidenti Donald] Trampla əlaqə saxlaya biləcəyik”, – deyə o, qeyd edib.

Zelenski əlavə edib ki, ABŞ hazırda Donbas məsələsində kompromis axtarır. O, gələcəkdə Ukrayna ordusunun silahlandırılması məsələsinin hələ də həll olunmadığını bildirib.

Əlaqəli Xəbərlər