Menyu

Litvanın hakim Sosial Demokrat Partiyasının sədri vəzifəsinə növbəti seçkilər keçiriləcək

Şəfa Hüseynli
Litvanın hakim Sosial Demokrat Partiyasının sədri vəzifəsinə növbəti seçkilər keçiriləcək
1 dəq oxu

Litvanın hakim Sosial Demokrat Partiyasının sədri vəzifəsinə növbəti seçkilər 2026-cı ilin may ayında keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə jurnalistlərə partiyanın ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Andrius Qrumadas bildirib.

"Seçkilər 2026-cı ilin may ayında keçirilməsi planlaşdırılan partiya qurultayında keçiriləcək", - deyə o bildirib.

Sosial Demokratlara hazırda Yonava rayonunun meri Mindauqas Sinkeviçius rəhbərlik edir. O, 2025-ci ilin iyul ayında həm baş nazir, həm də partiya lideri vəzifələrindən istefa verdikdən sonra müvəqqəti partiya sədri vəzifəsini tutub.

Əlaqəli Xəbərlər