"Gələn mövsüm Region Liqasında çıxış etmək istəyirik"

Əziz Əzizli
"Gələn mövsüm Region Liqasında çıxış etmək istəyirik"

"Gələn mövsüm Region Liqasında çıxış etmək üçün müraciət edəcəyik"

Bu sözləri "Operativ Media"ya açıqlamasında "Şahdağ Quba" klubunun prezidenti Xanbaba Daşdi bildirib. O klubun gələcəyi haqqında danışarkən bunları deyib:

"Hal-hazırda klubun təkcə adı var. Klubun fəaliyyətini bərpa etmək üçün hazırlıqlar görülür. Aprel-May aylarında yenidən başlamaq istəyirik".

Klub prezidenti son olaraq klubun Region Liqasını yarımçıq tərk etməsi haqqında da danışıb:

"Region Liqasında sonluq gətirməməyimizin əsas səbəbi işimizə həvəskar deyil də,  peşəkar yanaşmağımız idi. Artıq bu haqda çox danışmaq istəmirik, olanlardan nəticə çıxarıb gələcək fəaliyyətimiz haqqında düşünməliyik".

Klubun sponsorluq danışıqları haqqında isə "Əvvəllər danışıq apardığımız sponsorlardan biri ilə hələ də danışıqlarımız davam edir. Bir müddətdir bu məsələlərin üzərində işləyirəm. Yaxşı sonluğun olacağına inanıram" - deyə bildirib.

Digər xəbərlər