Menyu

Rusiyada Azərbaycan diasporunun üç üzvünün həbs müddəti uzadılıb

Operativ Media
Rusiyada Azərbaycan diasporunun üç üzvünün həbs müddəti uzadılıb

Yekaterinburq məhkəməsi qətllər törətməkdə ittiham olunan Azərbaycan diasporunun üç üzvünün həbs müddətini uzadıb.

Operativ Media xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" məlumat yayıb.

Qeyd edilib ki, Əziz Abasov, Şahin Lalayev və Əhliman Gənciyev bir qrup şəxs tərəfindən əvvəlcədən əlbir olaraq törədilən qətl, muzdlu qətl, muzdlu qətlə cəhd maddələri ilə ittiham olunublar.

Məlumata görə, məhkəmə qərarı ilə onların həbs müddəti 29 mart 2026-cı ilə qədər uzadılıb.

Qərar hələ qüvvəyə minməyib. Tərəflər üç gün ərzində apellyasiya şikayəti verə bilərlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər