ABŞ Suriyada İŞİD hədəflərinə zərbələr endirib
Şəfa Hüseynli
Amerika qüvvələri Suriyanın şimalındakı İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib.
Operativ Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Əməliyyatda Amerika qırıcı təyyarələri və helikopterləri iştirak edib. Silah anbarları da daxil olmaqla onlarla İŞİD hədəfinə hücum edilib.
Əsas zərbələr Deyr əz-Zor əyalətindəki mövqelərə endirilib. Amerika təyyarələri həmçinin Homs və Rakka əyalətlərinin kənd yerlərindəki bazalara, eləcə də Palmira tarixi-memarlıq kompleksinin yerləşdiyi Tadmor şəhəri yaxınlığındakı bazalara hava zərbələri endirib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net