Ukrayna ordusu üçün 4,1 milyard avro vəsait toplanıb
Operativ Media
Çexiyanın Qərb ölkələri hesabına Ukrayna ordusunu üçüncü ölkələrdən alınan sursatla təmin etmək təşəbbüsü 100 milyard kron (təxminən 4,1 milyard avro - red.) vəsait toplayıb.
Operativ Media xəbər verir ki, bu barədə Çexiyanın sabiq xarici işlər naziri Yan Lipavski "CNN Prima News"a bildirib.
Onun sözlərinə görə, Çexiya bu təşəbbüs çərçivəsində əsasən Niderland və Danimarka ilə əməkdaşlıq edir.
Ukrayna bu il 1,8 milyon, proqramın başlamasından (2023-cü ilin əvvəlində) bəri isə ümumilikdə təxminən 4 milyon mərmi alıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net