İndoneziyada avtobus qəzasında 16 nəfər həlak olub
Şəfa Hüseynli
İndoneziyanın Semaranq şəhərində avtobus qəzasında ən azı 16 nəfər ölüb, 18 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, bu barədə "Belta" məlumat yayıb.
Bildirilib ki, avtobus Cakartadan Yoqyakartaya yüksək sürətlə hərəkət edərkən yol maneəsinə çırpılıb və aşıb. Yaralılar xəstəxanalara aparılıb və tibbi müşahidə altındadırlar.