Menyu

Meksika hərbi-dəniz qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb- YENİLƏNİB

Şəfa Hüseynli
Meksika hərbi-dəniz qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb- YENİLƏNİB

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus  təyyarə Texas sahillərində qəzaya uğrayıb, beş nəfər həlak olub.

Operativ Media xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Təyyarədə dörd dəniz zabiti və dörd mülki şəxsin olduğu qeyd edilən açıqlamada qəzada beş nəfərin öldüyü, iki nəfərin sağ qaldığı, bir nəfərin isə itkin düşdüyü bildirilir.



***

08:13

Meksika Hərbi Dəniz Qüvvələrinə məxsus təyyarə Texas ştatının Qalveston şəhəri yaxınlığında eniş edərkən qəzaya uğrayıb.

Operativ Media  xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Qəza, sıx duman və məhdud görünürlük şəraitində Skoulz Beynəlxalq Hava Limanına eniş zamanı baş verib.

Təyyarədə  iki pilot və bir uşaq da daxil olmaqla altı sərnişin var idi. 

Əlaqəli Xəbərlər