Menyu

Cənubi Koreya dünyanın ən sürətli qatarlarından birini istifadəyə verməyi planlaşdırır

Şəfa Hüseynli
Cənubi Koreya dünyanın ən sürətli qatarlarından birini istifadəyə verməyi planlaşdırır

Cənubi Koreya saatda 370 kilometr sürətə çata bilən yeni nəsil yüksək sürətli qatar üçün əsas texnologiyaların hazırlanmasını başa çatdırıb. 

Operativ Media xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

Bildirilib ki, Planlaşdırılan qatarda istifadə edilən və EMU-370 adlanan texnologiya texniki olaraq hesablanmış maksimum sürəti saatda 407 km təşkil edir.

Layihə 2022-ci ilin aprelindən 2025-ci ilin dekabrına qədər Koreya Dəmir Yolu Tədqiqat İnstitutunun rəhbərliyi altında həyata keçirilib.

Hökumət ilk qatarların istehsalına gələn il başlamağı planlaşdırır, sınaqları 2030-cu ildə, kommersiyalaşdırılması isə 2031-ci ildən sonra gözlənilir.

Əlaqəli Xəbərlər