Liviyanın Baş Qərargah rəisi Ankarada təyyarə qəzasında həlak olub - VİDEO - YENİLƏNİB
Ankaradan Türkiyədəki rəsmi səfərdən qayıdan təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan bütün şəxslərin həlak olub.
Operativ Media xəbər verir ki, bunu Liviya Baş naziri Əbdülhəmid Dibeybe bildirib.
Baş nazirin bəyanatında deyilir ki, faciəvi qəza zamanı Liviya Baş Qərargah rəisi general Məhəmməd Həddad və onu müşayiət edən şəxslər həyatını itirib.
Həlak olanlar arasında quru qoşunlar qərargahının rəhbəri general-leytenant Fituri Qaribil, general-mayor Mahmud Katiwi, Liviya Baş Qərargah rəisinin müşaviri Məhəmməd Asaavi Diab, eləcə də Baş Qərargahın Media Ofisinin fotoqrafı Məhəmməd Ömər Əhməd Mahcub yer alır.
“Türkiyədən rəsmi səfərdən qayıdarkən baş vermiş bu faciəli və kədərli qəza nəticəsində onların hamısının həyatını itirdiyi xəbəri bizi dərindən sarsıtdı”, – deyə Dibeybe bildirib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
23:16
23.12.2025
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya göyərtəsində Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddadın olduğu təyyarə ilə bağlı açıqlama verib.
Operativ Media xəbər verir ki, bu barədə "HaberGlobal" məlumat yayıb.
"Bu axşam saat 20:10-da Ankara Esenboğa hava limanından Tripoliyə gedən "9H-DFJ" nömrəli "Falcon 50" biznes təyyarəsi ilə saat 20:52-də əlaqə kəsilib. Haymana yaxınlığında təyyarədən təcili eniş tələbi alınıb; lakin təyyarə ilə əlaqə sonradan bərpa olunmayıb.
Təyyarədə Liviya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Əli Əhməd əl-Həddad da daxil olmaqla beş sərnişin var. Hadisələr barədə ictimaiyyətə məlumat veriləcək", - deyə o bildirib.
22:53
Ankarada Esenboğa Hava Limanı bağlanıb.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
İddialara görə, Ankara Esenboğa hava limanından Liviyanın Tripoli şəhərinə doğru uçan "Falcon 50" özəl təyyarəsi ilə əlaqə kəsilib.
Məlumat rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.
Jetdə Liviya Baş Qərargah rəisi, ordu generalı Məhəmməd Əli əl-Həddadın olduğu iddia edilir.
— x (@xStockmedia) December 23, 2025