Menyu

PSJ-nin gənc hücumçusuna İngiltərə nəhənglərindən maraq var

Operativ Media
PSJ-nin gənc hücumçusuna İngiltərə nəhənglərindən maraq var
1 dəq oxu

Fransanın PSJ klubunun hücumçusu İbraim Mbay İngiltərə Premyer Liqası təmsilçilərinin maraq dairəsinə düşüb.

​Operativ Media xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb. Məlumata görə, 18 yaşlı sənqallı futbolçunun xidmətində "Mançester Siti", "Tottenhem" və "Aston Villa" klubları maraqlıdır.

​Gənc oyunçuya həmçinin Almaniya Bundesliqasından "Leypsiq" və Dortmund "Borussiya"sının da iddialı olduğu bildirilir. Paris təmsilçisinin isə öz yetirməsi olan hücumçunu satmağa hazır olduğu qeyd edilir.

​Qeyd edək ki, paytaxt klubunun əsas komandasında 42 oyuna çıxan sənqallı futbolçu bu matçlarda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 30 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər