Qurban Qurbanov: "Vestri" ilə oyuna tam hazırıq
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" komandasına qarşı keçiriləcək ilk oyundan əvvəl komandanın hazırlıq vəziyyətini qiymətləndirib.
Operativ Media xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib. Baş məşqçi Ağdam təmsilçisinin qarşıdakı matça tam hazır olduğunu bildirib.
Q.Qurbanov rəqibi yaxından tanıdıqlarını və öz oyun planlarını artıq təhlil etdiklərini vurğulayıb. O, uzun yolçuluq səbəbindən komandada müəyyən yorğunluq yarandığını qeyd etsə də, futbolçuların matçadək lazımi motivasiyanı toplayaraq meydanda maksimum güclərini ortaya qoyacaqlarına inandığını bildirib. Baş məşqçi, həmçinin İslandiyadakı hava şəraitinin futbol oynamaq üçün tam əlverişli olduğunu əlavə edib.