Menyu

Pyer-Emerik Obameyanq İspaniyanın "Deportivo" klubuna keçir

Operativ Media
Pyer-Emerik Obameyanq İspaniyanın "Deportivo" klubuna keçir
1 dəq oxu

Qabonlu tanınmış hücumçu Pyer-Emerik Obameyanq karyerasını İspaniyanın "Deportivo La-Korunya" klubunda davam etdirəcək.

​Operativ Media xəbər verir ki, bu barədə məşhur insayder Fabrisio Romanonun sosial şəbəkə hesabındakı paylaşımında bildirilib. Məlumata görə, tərəflər arasında keçidlə bağlı tam razılıq əldə olunub.

​Sürpriz transfer çərçivəsində təcrübəli futbolçu İspaniya təmsilçisi ilə qısamüddətli müqavilə imzalayacaq. Hücumçunun hazırkı klubu "Olimpik Marsel" bu transferdən 1,5 milyon avro təzminat əldə edəcək.

Əlaqəli Xəbərlər