Menyu

Maykl Olise karyerasını “Real”da davam etdirmək istəyir

Operativ Media
Maykl Olise karyerasını “Real”da davam etdirmək istəyir

Almaniyanın “Bavariya” klubunun və Fransa millisinin yarımmüdafiəçisi Maykl Olise karyerasını İspaniyanın “Real Madrid” klubunda davam etdirmək niyyətindədir.

Operativ Media xəbər verir ki, "Foot Mercato" nəşrinin yaydığı məlumata görə, 24 yaşlı fransalı futbolçu Madrid təmsilçisini öz gələcək inkişafı üçün ideal məkan hesab edir.

​Bildirilib ki, "Bavariya" rəhbərliyi Olisenin keçidi müqabilində minimum 200 milyon avro tələb etmək niyyətindədir. Münxen təmsilçisi daha əvvəl yarımmüdafiəçinin komandadan ayrılmasına qarşı sərt mövqe nümayiş etdirsə də, artıq onun yerinə alternativ namizədləri nəzərdən keçirməyə başlayıb. Futbolçu ilə klub rəhbərliyi arasında gələcək planlara dair danışıqların 2026-cı il dünya çempionatı başa çatdıqdan sonra reallaşacağı gözlənilir.

​Qeyd edək ki, "Transfermarkt" portalı tərəfindən transfer dəyəri 150 milyon avro qiymətləndirilən fransalı oyunçu ötən mövsüm çıxış etdiyi bütün turnirlərdə 52 matça çıxaraq 22 qol vurub və 31 məhsuldar ötürmə müəllifi olub. Maykl Olise DÇ-2026-da isə Fransa yığmasının heyətində meydana çıxdığı 7 qarşılaşmada 6 qol ötürməsi ilə yadda qalıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər