Menyu

Britaniya hökuməti fermerlər üçün vergi qaydalarını yumşaldıb

Operativ Media
Britaniya hökuməti fermerlər üçün vergi qaydalarını yumşaldıb

Böyük Britaniya hökuməti aylarla davam edən etirazlardan sonra fermerlər üçün vergi artımı ilə bağlı qaydalara düzəliş edib.

Operativ Media xəbər verir ki, bu barədə krallığın Ətraf Mühitin, Qida və Kənd Təsərrüfatının İnkişafı Nazirliyi məlumat yayıb.

Yeni qərara əsasən, 20 faiz miras vergisi yalnız dəyəri 2,5 milyon funt sterlinqdən yuxarı olan fermaların sahiblərinə şamil ediləcək. Əvvəlki plana görə bu hədd 1 milyon funt nəzərdə tutulurdu.

Qaydaların 2026-cı ilin aprelindən qüvvəyə minəcəyi bildirilir. Hökumətin hesablamalarına görə, dəyişiklik nəticəsində vergi ödəyəcək fermaların sayı 375-dən 185-ə enəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər