Menyu

Əlcəzair Parlamenti Fransa müstəmləkəçiliyini dövlət cinayəti kimi tanıyıb

Şəfa Hüseynli
Əlcəzair Parlamenti Fransa müstəmləkəçiliyini dövlət cinayəti kimi tanıyıb

Əlcəzair Milli Xalq Assambleyası (parlamenti) Fransanın Əlcəzair ərazisini bir əsrdən çox müddət ərzində müstəmləkə etməsini dövlət cinayəti kimi tanıyan qanun layihəsini təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə "Ennahar" qəzeti məlumat yayıb.

Əlcəzair parlamentariləri qanun layihəsinə yekdilliklə səs veriblər. Sənəddə Fransanın Əlcəzairdəki müstəmləkə keçmişinə və Əlcəzair xalqına yaratdığı faciələrə görə hüquqi məsuliyyət daşıdığı və Fransanın müstəmləkəçiliyini dövlət cinayəti adlandırdığı bildirilir. Sənəddə həmçinin Parisdən rəsmi üzr istənilməsi tələb olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər