Menyu

"Tramp Marşrutu"nun tikintisinin başlanma tarixi açıqlanıb

Operativ Media
"Tramp Marşrutu"nun tikintisinin başlanma tarixi açıqlanıb

Tramp Marşrutu Layihəsinin (TRIPP) praktiki mərhələsinin  tikinti işləri  2026-cı ilə planlaşdırılır.

Operativ Media xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Ermənistan Xarici İşlər Nazirliyi "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" layihəsi üçün hüquqi çərçivə və tənzimləyici mexanizmlərin hazırlanması məqsədilə Amerika tərəfi ilə fəal danışıqlar apardığını açıqlayıb.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir müddət əvvəl parlament iclasında ölkədə TRIPP marşrutunun tikintisinə 2026-cı ilin ikinci yarısında başlanacağını bildirmişdi.

Əlaqəli Xəbərlər