İsrail ordusunun Livanın şimalındakı Hoş əs-Seyid Əli yaşayış məntəqəsinə PUA-lardan endirdiyi zərbələr nəticəsində "Hizbullah" hərəkatının silahlı qanadının iki üzvü öldürülüb.
Operativ Mediaxəbər verir ki, bu barədə "Elnashra" məlumat yayıb.
Məlumata görə, ölən döyüşçülər raket zərbələrinə məruz qalan avtomobildə olublar. Hər iki "Hizbullah"çı aldıqları yaralardan hadisə yerində keçiniblər.