Menyu

Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb

Operativ Media
Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb
1 dəq oxu

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətində keçirilən brifinqdə bildirilib.

Qeyd olunub ki, Axalayanın saxlanılması Tbilisidəki 4 oktyabr hadisələri ilə bağlıdır.

Qeyd edək ki, oktyabrın 4-də Gürcüstanda bələdiyyə seçkilərindən sonra keçirilən aksiya prezident sarayı qarşısında iğtişaşlarla davam etdirilib.

Etirazçılar prezident iqamətgahına basqına cəhd ediblər.

Xatırladaq ki, Baço Axalaya Gürcüstanın müdafiə naziri vəzifəsini 2009-2012-ci illərdə tutub.

Əlaqəli Xəbərlər