Suriya yeni valyuta təqdim edib
Şəfa Hüseynli
Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Hasria yeni Suriya valyutasının buraxıldığını elan edib.
Operativ Media xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Hasria qeyd edib ki, yeni valyuta yeni iqtisadi və pul dövrünün başlanğıcını əks etdirən mühüm milli hadisədir.
"Yeni Suriya valyutası azadlığa qovuşduqdan sonra maliyyə müstəqilliyimizi simvolizə edir və Suriya Mərkəzi Bankının rəhbərliyi altında hər kəsin əməkdaşlığı ilə qurulan yeni bir dövrün başlanğıcını qeyd edir. Bu, milli nailiyyət olacaq, azadlıqdan bəri əldə edilənlərə əlavə olaraq sabitliyə və iqtisadi dirçəlişə doğru möhkəm bir addım olacaq".- Suriya Mərkəzi Bankının sədri qeyd edib.