Menyu

ABŞ-də 1400-dən çox uçuş ləğv edilib

Operativ Media
ABŞ-də 1400-dən çox uçuş ləğv edilib

ABŞ-nin şimal-şərq bölgəsində müşahidə olunan intensiv qar yağışı səbəbindən 1400-dən artıq aviareys dayandırılıb.

Operativ Media xəbər verir ki, kəskin hava şəraiti Milad bayramı ərəfəsində avtomobillə səfərləri də riskli vəziyyətə salıb.

Meteoroloqlar yeni hava dalğasının Nyu-Yorkda son illərin ən güclü qarını gətirəcəyini bildirirlər. Ən ciddi təsir Nyu-Yorkun üç əsas hava limanı ilə yanaşı, Filadelfiya Beynəlxalq Hava Limanında qeydə alınıb.

Bundan əlavə, Qərbi Pensilvaniyanın bəzi ərazilərində buzlanma ilə bağlı xəbərdarlıq edilib. Bu bölgələrdə ağacların aşması və elektrik enerjisinin verilməsində fasilələrin yaranacağı gözlənilir.

Əlaqəli Xəbərlər