Zelenski Trampla danışıqlardan öncə Kanadanın Baş naziri ilə görüşəcək
Operativ Media
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, dekabrın 28-də Floridada amerikalı həmkarı Donald Trampla görüşdən əvvəl Kanadanın Baş naziri Mark Karni ilə görüşəcək.
Operativ Media xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
"Bəli, biz indi ABŞ-yə gedən təyyarədəyik. Bu yolda biz Kanadada dayanacağıq, mənim Baş nazir Mark Karni ilə görüşüm olacaq", - o, jurnalistlərə bildirib.