Cənubi Koreya BMT baş katibindən Şimali Koreyaya səfər etməsini istəyib
Şəfa Hüseynli
Cənubi Koreya prezidentinin müşaviri Vi Son Lak BMT-nin baş katibi Antonio Quterreşdən Şimali Koreyaya səfər etməsini və Pxenyanı danışıqlara cəlb etməsini istəyib.
Operativ Media xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, görüş zamanı Vi Son Lak Prezident Li Ce Myondan Şimali Koreya ilə danışıqların qurulmasında fəal iştirak etməsini və bu məqsədlə ölkəyə səfər etmək imkanını nəzərdən keçirməsini xahiş edən məktubu təqdim edib.