Kanada Ukraynaya əlavə 2,5 milyard dollarlıq iqtisadi yardım göstərəcək
Operativ Media
Kanadanın Baş naziri Mark Karni dekabrın 27-də Ukraynaya əlavə 2,5 milyard dollarlıq iqtisadi yardım göstərəcəyini açıqlayıb.
Operativ Media xəbər verir ki, bu haqda "Reuters" agentliyi məlumat yayıb.
Karni bildirib ki, yardım Ukraynaya Beynəlxalq Valyuta Fondundan maliyyələşdirməyə çıxış imkanı açmağa kömək edəcək. O, bu açıqlamanı jurnalistlərə qısaca danışan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündə edib.
Qeyd edək ki, Ukrayna prezidenti ABŞ-yə gedərkən Kanadaya səfər edib.
Zelenskinin ABŞ prezidenti Donald Trampla danışıqları bu gecə Floridada keçiriləcək.