Menyu

Klubların dünya reytinqi açıqlandı: "Qarabağ" irəlilədi

Əziz Əzizli
Klubların dünya reytinqi açıqlandı: "Qarabağ" irəlilədi
1 dəq oxu

"Qarabağ” klubların dünya reytinqində irəliləyib.

"Operativ Media" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, siyahıda Azərbaycandan yalnız Ağdam klubu yer alıb.

Aktivində 149 xalla 62-ci sırada qərarlaşan təmsilçimiz ötən dəfə ilə müqayisədə 7 pillə irəliləyib.

Siyahıda birinci “Flanmenqo” (313), ikinci “Real” (308), üçüncü isə “Palmeyras” (263) klubu yer alıb.

Əlaqəli Xəbərlər